Yanvarın 30-da
Bolqarıstanın paytaxtı Sofiyada startı verilmiş cüdo üzrə Avropa kuboku yarışları
başa çatıb. Turnirdə 58 ölkədən 435 idmançı (268 kişi, 167 qadın) qalib adı
uğrunda mübarizə aparıb.Bu ilin avqust ayında
Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına
lisenziya xalları verən turnirdə cüdo üzrə Azərbaycan milli komandası 23
idmançı (19 kişi, 4 qadın) ilə təmsil olunub. Mötəbər yarış ölkəmizin
cüdoçuları üçün uğurlu alınıb. Millimiz Avropa kuboku yarışlarının 1 qızıl
(Elbrus Zamanov) və 2 bürünc medalını (İlkin Babazadə, Tural Səfquliyev)
qazanıb.Sevindirici haldır ki,
bürünc medal qazanmış hər iki idmançı “Neftçi İdman Klubu”nun yetirmələridir.
66 kq çəki dərəcəsində mübarizə aparan İlkin Babazadə ardıcıl olaraq
macarıstanlı Bensa Zambori, Sloveniya təmsilçisi Rok Plesnik və gürcüstanlı
Mindia Liluaşvili üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə
Belarus idmançısı Dmitriy Şerşana məğlub olan Babazadə, bürünc medal uğrunda
görüşdə daha bir gürcüstanlı cüdoçu Qela Kelixaşviliyə qalib gəlib və yarışı
3-cü yerdə başa vurub.Klubun digər cüdoçusu Tural
Səfquliyev yarımfinala gedən yolda rusiyalı Rüstəm Əmirmetov, hollandiyalı
Miçel Verhagen və gürcüstanlı Tornike Juqeliyə qalib gəlib. O, yarımfinalda belaruslu
İlhar Zhukauya məğlub olsa da, Hollandiya təmsilçisi Daks
Beysbruk üzərində qələbə qazanaraq bürünc medala yiyələnib.Qeyd edək ki, “Neftçi İdman
Klubu”nun baş meneceri, beynəlxalq dərəcəli hakim Elmar Babanlı Avropa kuboku
yarışlarına ədalət təmsilçisi qismində qatılıb və bir neçə görüşü yüksək səviyyədə
idarə edib.