“Neftçi İdman Klubu”nun
kikboksçusu Suad Səlimova (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə K1 versiyası üzrə
keçirilən yarışda parlaq qələbə qazanıb. Gürcüstan Milli Kikboksinq
Federasiyası və Dünya Kikboksinq Federasiyasının təşkilatçılığı ilə təşkil
olunan yarışda idmançımız rəqibini – peşəkar çempion Nana Çaxaşvilini birinci
raundda məğlub edib və çempion olub.