Dünya Güləş Birliyi 2016-cı
ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə
yeni reytinq siyahısını açıqlayıb.Yeni reytinq cədvəlini
“Neftçi İdman Klubu”nun güləşçiləri üçün uğurlu saymaq olar. Təmsilçilərimizdən
ən yaxşı göstərici ötən ilki dünya çempionatında ikinci çempionluğunu qazanan
Hacı Əliyevdədir (61 kq). O, öz çəkisində yenə də birincidir. Klubun digər
yetirməsi, Olimpiya çempionu Toğrul Əsgərovun (65kq) da
cədvəldəki mövqeyində dəyişiklik baş verməyib. Güləşçimiz 4-cü sıradakı yerini bir
qədər də möhkəmləndirib.