Rusiyanın Ryazan şəhərində
yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.”Neftçi İdman Klubu”nun
yetirmələri də yarışda öz bacarıqlarını nümayiş etdiriblər. Yeniyetmə güləşçilərimiz
turnirin 1 qızıl, 1 gümüş və 1 bürünc medalına sahib olublar. Pəhləvanlarımızdan
42 kq çəkidə çıxış edən Hüseyn Hüseynov rəqib tanımayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlubolan Murad
Abbasov (55 kq) gümüş medal əldə edib. Digər güləşçimiz Ramin Zeynalov (58 kq)
isə yarışı 3-cü pillədə tamamlayıb.