Bakı İdman Sarayında cüdo
üzrə kiçik yaşlı yeniyetmələr (U-15) arasında Azərbaycan birinciliyinə start
verilib. Yarışda artıq 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Oğlanlar
30, 42, 55 kq, qızlar isə 28, 32, 36, 40, 44, 48, 52, 57, 63 və +63 kq çəkidə
qüvvələrini sınayıblar.”Neftçi İdman Klubu”nun bu
çəki dərəcələri üzrə mübarizə aparmış cüdoçularından Vaqif Tarverdiyev (55 kq)
bürünc medala layiq görülüb. Qızlar arasında isə Əsmər İsgəndərova (52 kq)
bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionluğuna yüksəlib.
Aynur Məmmədova (52 kq) və Telli Əliyeva (57 kq) isə fəxri kürsünün 3-cü pilləsində
yer alıblar.