Cüdo üzrə yeniyetmələr
arasında keçirilən respublika birinciliyi davam edir. Bakı İdman Sarayında təşkil
olunan yarışın ikinci günündə cüdoçular daha üç çəki dərəcəsi üzrə (34 kq, 46
kq, 60 kq) qüvvələrini sınayıblar.Klubumuzun yetirməsi, 46 kq
çəki dərəcəsində mübarizə aparan Nihad Adıgözəlli Azərbaycan birinciliyinin
bürünc medalını qazanıb.