Beynəlxalq Cüdo
Federasiyası Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirindən sonra yeni reytinq
siyahısını açıqlayıb.”Neftçi İdman Klubu”nun
cüdoçusu Elmar Qasımov 100 kiloqramadək çəki dərəcəsinin ilk pilləsində qərarlaşıb.
Klubun digər yetirmələri Rüstəm Orucov (73 kq) 2-ci, Orxan Səfərov (60 kq)
3-cü, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Elxan Məmmədov (100 kq) 12-ci, Məmmədəli
Mehdiyev (90 kq) isə 13-cü sıradadır. “Böyük dəbilqə”nin gümüş medalını qazanan
İlqar Müşkiyev (60 kq) isə reytinq cədvəlinin 14-cü pilləsinə yüksəlib.