Bu gün Bakı İdman
Sarayında cüdo üzrə gənclərin respublika birinciliyinə start verilib.İki gün davam
edəcək yarışda oğlanlar arasında 55, 66 və 81 kq, qızlar arasında isə bütün çəki
dərəcələrində qaliblər müəyyənləşib.”Neftçi İdman
Klubu”nun cüdoçuları ölkə birinciliyinin ilk günündə 5 qızıl, 6 gümüş və 5
bürünc medal qazanıblar. İdmançılarımızdan İlkin Babazadə (66 kq), Şəhla
Babayeva (48 kq), Fəridə Səfərova (52 kq), Validə Mirzəzadə (63 kq) və Nigar Cəfərova
(+78 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar.Qeyd edək ki,
fevralın 13-də Azərbaycan birinciliyinə yekun vurulacaq.