Fevralın 9-da Bakı İdman
Sarayında startı verilmiş cüdo üzrə yeniyetmələr arasında Azərbaycan
birinciliyinə yekun vurulub. Yarışda paytaxt və bölgələrdən 24 komandanın tərkibində
328 cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub. Sonuncu gün tatami üzərinə 38,
50, 66 və +66 çəki dərəcələrində mübarizə aparan idmançılar çıxıblar.”Neftçi İdman Klubu”nun ölkə
birinciliyinə qatılmış yeniyetmələri yarışın sonuncu günündə daha bir medala
sahib olublar. 38 kq çəki dərəcəsində çıxış edən Şükran Zamanlı respublika
birinciliyinin bürünc medalına yiyələnib.Xatırladaq ki, yarışın ilk
iki günündə klubun təmsilçilərindən Əsmər İsgəndərova (52 kq) qızıl, Aynur Məmmədova
(52 kq), Telli Əliyeva (57 kq) və Nihad Adıgözəlli (46 kq) isə bürünc medala
layiq görülmüşdülər.