Bakı İdman Sarayında gənc cüdoçular arasında
keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda
paytaxt və bölgələrdən 45 komandanın tərkibində 312 cüdoçu qüvvəsini sınayıb.
Ölkə birinciliyinin sonuncu günündə idmançılar daha 5 çəki dərəcəsi (60, 73,
90, 100 və +100 kq) üzrə mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun gənc cüdoçuları həmin gün
yarışın 2 qızıl, 1 gümüş və 1 bürünc medalına yiyələniblər. Onlardan Samir
Ağayev (73 kq) və Azər Yaqubov (90 kq) rəqib tanımayaraq ölkə çempionluğuna
yüksəliblər. Xalif Mehtiyev (+100 kq) gümüş, Aslan Mirzəyev (90 kq) isə bürünc
medala layiq görülüb.Xatırladaq ki, yarışın ilk günündə klubumuzun
cüdoçuları daha 5 qızıl, 6 gümüş və 5 bürünc medal qazanmışdılar.Qeyd edək ki, “Neftçi İdman Klubu”nun cüdoçuları
ümumkomanda hesabında 1-ci yeri tutublar. “Qəbələ” İdman Klubu 2-ci, 13 saylı
İOEUGİM isə 3-cü yerə çıxıb.