Kiyevdə Ukraynanın görkəmli
güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma
və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən
qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc
medala yiyələniblər.”Neftçi İdman Klubu”nun təmsilçisi,
55 kq çəki dərəcəsində mübarizə aparan Almaz İsmayılova yığmamıza bürünc medal
qazandırıb.