“Sərhədçi” İdman Olimpiya Mərkəzində
keçirilən gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə respublika
birinciliyi davam edir. Yarışın ilk günündə sərbəst güləşçilər (163 idmançı)
meydana çıxıblar.”Neftçi İdman Klubu”nun təmsilçilərindən
dördü mükafatçılar arasında yer alıb. Onlardan 74 kq çəki dərəcəsində mübarizə
aparan Rəşad Yusifli və Cavid Sadıqov (84 kq) yalnız final görüşündə məğlub
olublar və gümüş medala layiq görülüblər. Digər idmançılarımız Qüdrət Ağayev
(66 kq) və İqbal Hacızadə (120 kq) isə ölkə birinciliyinin bürünc medalına
sahib olublar.