“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqov son vaxtlar ölkə və beynəlxalq səviyyəli
yarışlarda böyük uğurlara imza atmış kikboksçularımızla görüşüb. O, klubun
yeniyetmə və gənc kikboksçularını qazandıqları nailiyyətlər, xüsusilə də bugünlərdə
keçirilmış Azərbaycan birinciliyində əldə etdikləri böyük uğura görə təbrik
edib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Respublikamızda
idmanın inkişafından və bu sahəyə göstərilən dövlət qayğısından geniş söhbət açan
aparat rəhbəri bundan sonra da klub tərəfindən yeniyetmə
və gənc idmançılara hər cür şəraitin yaradılacağını bildirib.Klubun kikboksinq üzrə baş məşqçisi Ehram Məcidov səmimi
görüşə və onlara göstərilən qayğıya görə kikboksçular adından “Neftçi İdman Klubu”nun
rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra da beynəlxalq yarışlarda
ölkəmizin idman şərəfini layiqincə qoruyacaqlarına və Vətənə medallarla dönəcəklərinə
ümidvar olduğunu söyləyib.Sonda xatirə şəkli çəkdirilib.