Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr
arasında cüdo üzrə Avropa kuboku yarışları başa çatıb.Azərbaycan yığma komandası əzmlə mübarizə apararaq
Avropa kubokunun 4 qızıl, 2 gümüş və 3 bürünc medalını qazanıb. Cüdoçularımız
komanda hesabında ikinci yeri tutublar.”Neftçi İdman Klubu”nun yığmanın
heyətində yer almış yeniyetmə cüdoçularından 60 kq çəkidə çıxış edən İbrahim
Əliyev bütün qarşılaşmalardan qalib ayrılıb və Avropa kubokunun qızıl medalına
yiyələnib. Knyaz Mahmudlu (66 kq), Fəridə Səfərova (52 kq) və Fidan Hüseynova
(63 kq) isə yarışı 5-cı sırada başa vurublar.