Perunun paytaxtı Limada cüdo üzrə “Pan American
Open” turnirinə yekun vurulub. Yarışa 60 ölkədən 288 (172 kişi, 116 qadın)
idmançı qatılıb. Rio de Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyan
yarışın sonuncu günü milli komandamız üçün uğurlu alınıb.”Neftçi İdman Klubu”nun yetirməsi,
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əbdülhəq Rəsullu yerli idmançı
Danil Vizkarra və ABŞ cüdoçusu Şintaro Hiqaşini məğlub edərək yarımfinala yüksəlib.
Bu mərhələdə liviyalı Nacif Eliasla bacarmayan Rəsullu bürünc medal uğrunda
mübarizəyə qoşulub. O, Türkiyə təmsilçisi Əmirxan Yucel ilə qarşılaşmadan qalib
ayrılaraq mötəbər turnirin bürünc medalını qazanıb.Klubun digər cüdoçusu Tural Səfquliyev (90 kq) isə
5-ci pillədə qərarlaşıb.