Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən cüdo
üzrə Panamerika açıq çempionatına yekun vurulub. 60 ölkədən 288 cüdoçunun (172
kişi, 116 qadın) qatıldığı yarışda millimiz 7 idmançı ilə təmsil olunub və
çempionatı 2 medalla (1 qızıl, 1 bürünc) başa vurub.Bürünc medalı ölkəmizə “Neftçi İdman Klubu”nun
cüdoçusu Şahin Qəhrəmanov (90 kq) qazandırıb. İdmançımız avstraliyalı Dieqo
Baretto və yerli Mariano Bertolottini məğlub edərək dörddəbir finala yüksəlib.Bu mərhələdə o, rusiyalı Kiril Denisova məğlub olub və təsəlliverici
görüşlərə qatılıb. Əvvəlcə Meksika idmançısı İsao Kardenas üzərində qələbə
qazanan Şahin bürünc medal uğrunda görüşdə komanda yoldaşı Tural Səfquliyevlə
üz-üzə gəlib. Bu qarşılaşmadan da qalib ayrılan cüdoçumuz Panamerika açıq
çempionatının bürünc medalına sahib olub.Klubun digər cüdoçuları Əbdülhəq Rəsullu (81 kq) və
Tural Səfquliyev (90 kq) isə 5-ci sırada qərarlaşıblar.