Vyetnamın Xoşimin şəhərində keçirilən “6-cı HD Bank
Kuboku” beynəlxalq turnirinə yekun vurulub. Yarışda 16 ölkədən 76 zəka sahibi
bacarığını nümayiş etdirib.Klubumuzun şahmatçısı Vasif Durarbəyli sonuncu turda vyetnamlı
Coung Fam üzərində qələbə qazanaraq hesabındakı xalların sayını 6-ya çatdırıb.
İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışda təmsilçimiz 6 xalla
5-11-ci yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 8-ci sırada qərar tutub.