Yunanıstanın paytaxtı Afinada cüdo üzrə Avropa
kubokuna yekun vurulub. 24 ölkədən 302 idmançının (200 oğlan, 102 qız)
qatıldığı yarışda yığma komandamız 22 cüdoçu (19 oğlan, 3 qız) ilə təmsil
olunub.Azərbaycan cüdoçularının qitə yarışındakı çıxışı
uğurlu alınıb. Belə ki, gənc cüdoçularımız yarışdan 4 medalla
(1 qızıl, 2 gümüş və 1 bürünc) ayrılıblar. Onlardan Hidayət Heydərov (73 kq)
bütün görüşləri qələbə ilə başa vuraraq qalib adını qazanıb. Yalnız finalda
məğlub olan Natiq Qurbanov (55 kq) və Tofiq Məmmədov (60 kq) gümüş, Murad
Heydərli (60 kq) isə bürünc medala sahib olub.Qeyd edək ki, medalçılardan üçü – Hidayət Heydərov,
Natiq Qurbanov və Murad Heydərli “Neftçi İdman Klubu”nun cüdoçularıdır.