Aprelin 2-də Hövsan Olimpiya İdman Kompleksində start
götürmüş pankration, qraplinq və MMA üzrə respublika çempionatı başa çatıb.Klubumuzun təmsilçiləri yarışda əzmlə mübarizə
apararaq, 4-ü qızıl, 6-sı gümüşvə 4-ü bürünc olmaqla,
ümumilikdə 14 medala sahib olublar.
Pankrationçularımızdan Nihad Abdullayev (36 kq), Nicat Kərimov (46 kq) və
Coşqun Dərişov (66 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar. Qraplinq yarışlarında isə Şahin Löymanov (63 kq) eyni uğura imza
atıb.