“Neftçi İdman Klubu”nun idmançıları ilin birinci
rübündə böyük uğura imza atıblar. Təmsilçilərimiz ilin ilk üç ayı ərzində
ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək
148-i qızıl, 129-u gümüş və 127-si bürünc olmaqla, ümumilikdə 404 medal
qazanıblar. Klubun idmançıları dünya yarışlarında 1 (gümüş), Avropa
yarışlarında 14 (4 qızıl, 3 gümüş, 7 bürünc), beynəlxalq turnirlərdə isə 104
medala (29 qızıl, 44 gümüş, 31 bürünc) yiyələniblər. Respublika yarışlarında
124 medala (51 qızıl, 30 gümüş, 43 bürünc) sahib olan atletlərimiz, paytaxt
yarışlarında109 (42 qızıl, 33 gümüş, 34 bürünc), digər
yarışlarda isə 52 medal (22 qızıl, 18 gümüş, 12 bürünc) əldə ediblər.