Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə
“Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu 2016” keçirilib. Fondun
vitse-prezidenti Leyla Əliyeva marafonda iştirak edib.Dövlət Bayrağı Meydanından start götürən yarışa Azərbaycan
vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi də qoşulub.
Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və
digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərin rəhbərləri və
nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər,
ictimaiyyət nümayəndələri iştirakçılar arasında olub. Bundan əlavə, marafonda
Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb
Əmirlikləri, Keniya və digər ölkələrdən də nümayəndələr iştirak ediblər.Yarışın başlandığını bildirən atəşi Olimpiya
çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb. Yarım marafon məsafəsinin – 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə
vaxt verilib. İştikarçılar Dənizkənarı Milli Parkdan başlayaraq “Neftçilər”
prospekti, Yusif Səfərov küçəsi ilə qaçıblar. Daha sonra Heydər Əliyev Mərkəzinin
yanından keçəcək Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər yol
qət ediblər.Marafonun əsas məqsədi Azərbaycanda idmanın
inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat
tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirmək olub.
Marafona 16 yaşdan yuxarı şəhər sakinləri və qonaqlar qoşulublar.”Neftçi İdman Klubu” da marafonda aktiv iştirakı ilə
seçilən təşkilatlardan olub. Belə ki, klubumuzun müxtəlif növlər üzrə idmanla məşğul
olan 200-ə qədər yetirməsi iştirakçılar arasında yer alıb. SOCAR-ın prezidenti
Rövnəq Abdullayev finiş xəttində – Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər
arasında olub və “Neftçi İdman Klubu”nun “Küləyə qalib gəl”ənlərini dəstəkləyib.
Şirkət prezidentiidmançılarımızla xatirə şəkli də çəkdirib.Xatırladaq ki, bu cür marafonlar bugünədək London,
Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə
təşkil edilib. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi
isə 21 kilometrdir.