Mayın 6-da Heydər Əliyev adına İdman
Sarayında start götürmüş cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşyarışda 76 ölkədən 447 idmançı
(278 kişi, 169 qadın) qalib adı uğrunda mübarizə aparır.”Neftçi İdman Klubu”nun yetirməsi, 73 kq
çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov turnirin bürünc medalına yiyələnib.
Yarışa ikinci mərhələdən başlayan cüdoçumuz İsrail təmsilçisi Tohar Bertbul və
kubalı Maqdiel Estrada üzərində qələbə qazanaraq dörddəbir finala yüksəlib. Bu
mərhələdə ukraynalı rəqibi Dmitro Kanivetsə məğlub olan Orucov təsəlliverici
görüşə qatılıb. O, həmin qarşılaşmada Yunanıstan idmançısı Georgios Azoidisə
qalib gəlib və üçüncü yer uğrunda mübarizədə macarıstanlı Mikloş Unqvari ilə
üz-üzə gəlib. Rüstəm Orucov bu görüşdən də qalib ayrılıb və “Böyük Dəbilqə”
turnirinin bürünc medalına yiyələnib.Qeyd edək ki,Rüstəm Orucova medalı Azərbaycan Cüdo Federasiyasının
prezidenti Rövnəq Abdullayev təqdim edib.