Qazaxıstanın Almatı şəhərində cüdo üzrə Qran-pri beynəlxalq turniri
keçirilib. Yarış Azərbaycan cüdoçuları üçün uğurlu alınıb. Yığmamız turnirin 3
medalına sahib olub.Əldə olunan medallardan ikisini ölkəmizə “Neftçi İdman Klubu”nun
yetirmələri qazandırıblar. 100 kq çəkidə çıxış edən Elxan Məmmədov bütün
qarşılaşmalardan qalib ayrılıb və Almatı Qran-prisinin
qızıl medalına yiyələnib. Məmmədəli Mehdiyev (90 kq) isə turniri 3-cü pillədə
başa vurub.Cüdoçularımız bu uğurları ilə Rio de Janeyro Olimpiadasına vəsiqə
qazanmaq şanslarını bir qədər də yüksəldiblər.