Hövsan Olimpiya İdman Kompleksində Sabir Hüseynovun xatirəsinə həsr
olunmuş sambo üzrə açıq Bakı birinciliyi keçirilib. Kiçikyaşlı yeniyetmələr
(2000-2002) arasında təşkil olunan yarışa paytaxt və bölgələrdən 200-ə yaxın
idmançı qatılıb.Klubumuzun samboçuları birincilikdə aşkar üstünlükləri ilə fərqləniblər.
Yeniyetmələrimiz 2-si qızıl, 5-i gümüş və 10-u bürünc olmaqla 17 medala yiyələniblər.
Onlardan Hacalı Qasımov (42 kq) və Aslan Qasımov (72 kq) bütün görüşləri qələbə
ilə başa vuraraq paytaxt birinciliyinin qalibi adını qazanıblar.