Mayın 12-də Rusiyanın Kazan şəhərində start götürmüş sambo üzrə
Avropa çempionatı sona çatıb.”Neftçi İdman Klubu”nun Azərbaycan yığma komandasının tərkibində yer
almış samboçuları bu mötəbər yarışda ölkəmizi layiqincə təmsil ediblər.
İdmançılarımızdan ikisi yarışın medallarına layiq görülüblər. Klubun yetirmələrindən
62 kq çəki dərəcəsində mübarizə aparan Cavidan Qarayev və Emin Həsənov (68 kq)
Avropa çempionatının bürünc medallarına sahib olublar.