Mayın 16-da Bayıl stadionunda “Neftçi İdman Klubu” və “Qəbələ” futbol
komandaları arasında keçirilən final oyunu ilə AFFA-nın U-10 Liqasının
2015/2016-cı il mövsümünə yekun vuruldu. Qarşılaşmada komandamız daha üstün
oyun nümayiş etdirdi və sonda Şahin Şahüseynlinin yetirmələri 2:0 hesabı ilə
qalib gəldilər. Üçüncü yer uğrunda keçirilmiş oyunda isə “Qarabağ” Gəncənin
“Bağman” komandasını 1:0 hesabı ilə məğlubiyyətə uğratdı.Sonda mükafatlandırma mərasimi keçirildi. Mükafatları AFFA-nın baş
katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif
Sadıqov təqdim etdilər.Komandamızın hücumcusu Kənan Cəfərli U-10 Liqasının ən yaxşı
futbolçusu seçildi.