Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunda Azərbaycan
yığması uğurla çıxış edərək 7 medala (3 qızıl, 4 bürünc) sahib olub.”Neftçi İdman Klubu”nun millimizin heyətində təmsil olunan cüdoçusu
da mükafatçılar sırasında yer alıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Əhməd
Yusifov Avropa kuboku yarışının bürünc medalını qazanıb.