Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib. Turnirdə müxtəlif
klub və cəmiyyətlərdən 40-dan çox idmançı mübarizə aparıb.On yeddi yaşadək velosipedçilər uzunluğu 2 kilometr olan marşrut
boyunca 5 dövrə yarışıblar. “Neftçi İdman Klubu”nunyetirməsi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb.