Qılıncoynatma üzrə Bakı şəhər çempionatına
yekun vurulub. Yarışda 5 müxtəlif klubdan 50-dək idmançı bacarığını nümayiş
etdirib.”Neftçi İdman Klubu”nun qılıncoynadanlarından Azər Tağıyev kişilərin
sablya yarışında rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Cavanşir Ağayev isə paytaxt çempionatının gümüş medalına layiq görülüb.Qeyd edək ki, yarış iyunun 18-26-da Polşanın Torun şəhərində təşkil
olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.