Mayın 25-də Bakı İdman Sarayında start götürmüş sərbəst və yunan-Roma
güləşi üzrə Azərbaycan birinciliyi davam edir. 1999-2000-ci illər təvəllüdlü
yeniyetmələr arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına
əsasən təşkil olunub.Artıq başa çatmış yunan-Roma güləşində “Neftçi İdman Klubu”nun təmsilçiləri
6 medala sahib olublar. Yeniyetmə pəhləvanlarımızdan 54 kq çəki dərəcəsində
mübarizə aparan Nurlan Dadaşov və Ülvi Qənizadə (69 kq) bütün
qarşılaşmaları qələbə ilə başa vuraraq ölkə çempionu adını qazanıblar. Yalnız
final görüşündə məğlub olan Ədil Sadıqzadə (54 kq) gümüş medala layiq görülüb. Elnur
Musayev (54 kq), Elvin Kərimov (58 kq) və Fərid Babayev (100 kq) isə respublika
birinciliyindən bürünc medalla ayrılıblar.Qeyd edək ki, hər çəki dərəcəsində mükafata layiq yer tutmuş
idmançılar yığma komandanın heyətinə cəlb olunacaqlar.