Avstriyada gənclər
arasında keçirilən cüdo üzrə Avropa kuboku başa çatıb. Yarışa 33 ölkədən 511
idmançı (308 oğlan, 203 qız) qatılıb.Azərbaycanın
yığma komandası turnirdə 16 cüdoçu (14 oğlan, 2 qız) ilə təmsil olunub. Böyük əzmkarlıq
nümayiş etdirən idmançılarımız Avropa kubokunun 4 medalına sahib olublar.Millimizin əldə
etdiyi medallardan 3-ü “Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur.
Cüdoçularımızdan 55 kq çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı və Hidayət
Heydərov (73 kq) bütün görüşləri qələbə ilə yekunlaşdıraraq Avropa kubokunun
qalibi adını qazanıblar. Klubun digər təmsilçisi Murad Heydərli (60 kq) isə
turnirin bürünc medalına layiq görülüb.