“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində
atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma
yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq çempion olan,
bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi
Ziyad Xəlfəyevlə görüşüb. O, ölkəmizdə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü
idman siyasətinin artıq öz bəhrəsini verdiyini bildirib. Qeyd edib ki, idman və
olimpiya hərəkatı sahəsində görülən işlər ölkəmizin uğurlu inkişafının göstəricisidir.Aparat rəhbəri onu da vurğulayıb ki, ölkəmizin və
idmanımızın sürətli inkişafının nəticəsidir ki, ilk Avropa Oyunları Azərbaycanda
keçirildi. Bu, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməmişdir
və birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu,
bizə göstərilən böyük inamdır, böyük etimaddır.Daha sonra o, Azərbaycan idmançılarının, eləcə də
“Neftçi İdman Klubu”nun təmsilçilərinin ilk Avropa Oyunlarındakı uğurlu
çıxışlarından bəhs edib.Ardınca atleti qazandığı böyük uğur münasibətilə təbrik
edən aparat rəhbəri əldə olunan yüksək nailiyyətə görə onlara minnətdarlığını
bildirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sadıq Sadıqov
onlara göstərilən diqqət və qayğını bir qədər də artıracaqlarını bildirib. O,
aparatın məsul işçilərinə idmançıya daha yaxşı şərait yaradılması ilə bağlı
xüsusi tapşırıqlarını verib.Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyev səmimi
görüşə və göstərilən qayğıya görə “Neftçi idman Klubu” İctimai Birliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər. Atlet bundan sonra daha da əzmlə çalışacağına və
beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyinə söz verib.Qeyd edək ki, Nazim Babayev Avropa Birinciliyində
almaniyalı idmançı Volker Mainin 1985-ci ildə göstərdiyi 16.93 metrlik
rekordunu təzələmişdi.