İyunun 6-da Rusiyanın Anapa şəhərində startı verilmiş boks üzrə
Avropa birinciliyinə yekun vurulub. Gənclər arasında keçirilən yarışda 30 ölkədən
290 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi İdman Klubu”nun dəri əlcək ustası, 91 kq çəki dərəcəsində çıxış
edənŞahin Musayev qitə birinciliyinin bürünc medalına
sahib olub.