Macarıstanın paytaxtı Budapeştdə pankration və MMA
idman növü üzrə Avropa çempionatı keçirilib.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində
yer almış təmsilçilərindən Ehtiram Dərişov (62 kq) MMA yarışlarında bütün
döyüşləri qələbə ilə başa vuraraq Avropa çempionu adını
qazanıb. Bundan əlavə, idmançımız 66 kq çəkidə MMA və pankration yarışlarının hər
ikisində bürünc medala sahib olub. Klubun digər yetirməsi Fərid Xəlilov (46 kq)
isə pankration yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında
3-cü yeri tutub.