Gürcüstanda
keçirilən Tbilisi-2015 XIII Avropa Gənclər Olimpiya Festivalı davam edir.Tbilisi
Cüdo Akademiyasında təşkil olunan adıçəkilən növ üzrə yarışlarda “Neftçi İdman
Klubu”nun yeniyetmə təmsilçisi Şəfəq Həmidova (40 kq) keçirdiyi 3 görüşün
hamısından qalib ayrılaraq finala vəsiqə qazanıb. Həlledici mərhələdə rusiyalı
Anastasiya Kuterina üzərində inamlı qələbə qazanan cüdoçumuz qızıl medala sahib
olub.Qeyd edək
ki, Şəfəq Həmidova XIII Avropa Gənclər Olimpiya Festivalında cüdoçular arasında
qızıl medal qazanan ilk idmançı kimi adını tarixə yazdırıb.