Azərbaycan taekvondoçuları “G-1” kateqoriyalı “Luxembourg Open” beynəlxalq
turnirində uğurla çıxış ediblər. İdmançılarımız 3-ü qızıl, 2-si gümüş və 2-si
bürünc olmaqla yarışın 7 medalına sahib olublar.”Neftçi İdman Klubu”nun milli komandanın heyətində yer almış
taekvondoçularından 68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə bütün
qarşılaşmaları qalibiyyətlə başa vurub və turnirin qızıl medalına yiyələnib.
Digər idmançımız Səid Quliyev (74 kq) isə yalnız finalda məğlub olub və gümüş
medala layiq görülüb.