Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində bu gün dörddəbir final mərhələsinin oyunları keçirilib.
SOCAR komandası bu mərhələdə Fövqəladə Hallar Nazirliyinin kollektivi ilə qarşılaşıb. Böyükşor Bulvarındakı “Azfar” meydançasında təşkil olunan görüş çox maraqlı və gərgin mübarizə şəraitində keçib. Yekunda komandamız güclü rəqibini 2:0 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.












