“Neftçi” İdman Klubunun icraçı direktoru Fərəc Əliyev və sədrin müşaviri Sadıq Sadıqov klubun təmsilçisi Tofiq Musayevlə görüşüblər. Fərəc Əliyev idmançını bu yaxınlarda ABŞ-da qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edib və ona beynəlxalq yarışlarda daha böyük uğurlar diləyib.
Tofiq Musayev yaradılan şəraitə, eləcə də ona göstərilən diqqət və qayğıya görə klub rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, “Neftçi” İdman Klubunun Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev bu yaxınlarda ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə çilili İqnasio Bahamondesə qalib gəlib və bu onun UFC-də ilk qələbəsi olub.
