“Neftçi SOCAR” 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Qadınlar Seriyasının ilk mərhələsində qrup birincisi kimi dörddəbir finala vəsiqə qazanıb. B qrupunda təmsil olunan komandamız Çin yığmasına 19:17 hesabı ilə qalib gəlməklə bu uğura imza atıb.
Xatırladaq ki, daha əvvəl “Neftçi SOCAR” komandası Polşa millisi üzərində 22:14 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, təmsilçimiz dörddəbir finalda Monqolustan millisi ilə qarşılaşacaq. Oyun sabah Bakı vaxtı ilə saat 12:15-də baş tutacaq.




