• İyun 15, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün Bakı İdman Sarayında 13 yaşadək oğlanlar arasında keçirilən Azərbaycan Basketbol Liqasının (U-13) final oyunu baş tutub. Həlledici qarşılaşmada “Neftçi” və “Naxçıvan” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun rəqibin 63:60 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Neftçi”nin U-13 komandası 2025/2026 mövsümünün gümüş mükafatına layiq görülüb.

Bundan əlavə, komandamızın üzvləri Kamran Abbaslı və Mirzəağa Nəzərov U-13 Liqasında mövsümün ən dəyərli beş basketbolçusu (Top-5) arasında yer alıblar.