Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-20 Avropa birinciliyi başa çatıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək, ümumilikdə mötəbər yarışın 12 medalını (3 qızıl, 3 gümüş, 6 bürünc) qazanıblar.
Sərbəst güləşçilərimizdən Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) Avropa birinciliyinin qızıl medalına sahib olublar. Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) ikinci, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə üçüncü yeri tutublar.
Sevindirici haldır ki, sərbəst güləş üzrə Azərbaycan millisinin qazandığı bütün medalları klubumuzun idmançıları əldə ediblər.
Qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) Avropa çempionu olub, Günay Qurbanova (59 kq) isə gümüş medala layiq görülüb.
Klubumuzun yunan-Roma güləşçilərindən isə Ayxan Cavadlı (60 kq) və Elmin Əliyev (82 kq) qitə birinciliyini üçüncü pillədə başa vurublar.
