• İyul 18, 2026
  • Redactor Neftchi
  • 0

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Bakı mərhələsinin ilk oyun gününün görüşləri keçirilib. “Neftçi SOCAR” komandası qrup mərhələsindəki oyunlarını başa vurub. Təmsilçimiz qrupun ilk oyununda Çexiyanın “Praqa” klubu ilə qarşılaşıb və rəqibi üzərində 18:14 hesabı ilə qələbə qazanıb. İkinci qarşılaşmada isə komandamız Litva millisinə 16:21 hesabı ilə məğlub olsa da, dörddəbir final şanslarını qoruyub saxlayır. Qrupdakı yekun mövqeyimiz Litva millisi ilə “Praqa” oyunundan sonra müəyyənləşəcək.

Qeyd edək ki, qrupda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaq. 1/4 final oyunları iyulun 19-da təşkil olunacaq.