• İyul 29, 2026
  • Redactor Neftchi
  • 0

Milli Gimnastika Arenasında keçirilən güləş üzrə U-17 dünya birinciliyi davam edir.“Neftçi” İdman Klubunun yığmamızın heyətində çıxış edən yunan-Roma güləşçiləri inamla mübarizə apararaq daha 2 medala sahib olublar.

İdmançılarımızdan Abdurrahman Hüseynli (51 kq) həlledici final qarşılaşmasında özbəkistanlı rəqibi Bunyod Hasanova məğlub olub (0:9) və gümüş medala yiyələnib. Ötən gün yarımfinalda məğlub olan Elmir Çərkəzov (60 kq) isə bürünc medal uğrunda görüşdə yaponiyalı Hinata Hanamoriyə tam üstünlüklə (9:0) qalib gələrək dünya üçüncüsü olub.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən İsfahan Həsənov (80 kq) gümüş, Orxan Həbibli (65 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi çempionluq uğrunda mübarizə aparır.