Türkiyənin Samsun şəhərində 22-ci Beynəlxalq Qara dəniz Cüdo Çempionatı keçirilib. Türkiyənin müxtəlif şəhərlərindən və 5 ölkədən 550 idmançının qatıldığı yarışda hər yaş kateqoriyasından, o cümlədən uşaqlar və böyüklər kateqoriyasından olan idmançılar mübarizə aparıb.
2011-2012-ci illər təvəllüdlü cüdoçuların yarışında “Neftçi” İdman Klubunun yetirmələrindən Aqşin Nəsrullayev (+90 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq qızıl medal qazanıb. Okan Kərimov (55 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
2015-2016-cı illər təvəllüdlü idmançıların mübarizəsində isə Nur Məmmədli (32 kq) yalnız final görüşündə məğlubiyyətlə üzləşib və turnirin gümüş medalına layiq görülüb.

