Bu gün İdman-Tennis Kompleksində dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən yarışda 9 dövlət qurumundan 23 nəfər (13 kişi, 10 qadın) iştirak edib.
Qadınlar arasında təşkil olunan yarışda SOCAR-ın əməkdaşı İlahə Hacıyeva (“SOCAR Polymer” Zavodu) uğurla çıxış edib və fəxri kürsünün ikinci pilləsində yer alıb.