Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında ”Neftçi” İdman Klubunun təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) inamla mübarizə apararaq qızıl medala sahib olub. Yarımfinal mərhələsində Böyük Britaniya idmançısı Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada ispaniyalı Qarros Suarez üzərində də ipponla qələbə qazanan idmançımız Avropa çempionu olub.
Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.
Klubumuzun digər paracüdoçuları Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) isə turnirin bürünc medalına yiyələniblər.

