“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında çimərlik voleybolu üzrə turnir keçirilib. Avropa Oyunları Parkında reallaşan yarışda 10 komanda mübarizə aparıb.
Qadınlar arasında “SOCAR Polymer” Zavodunun komandası turnirin qalibi adını qazanıb. “Azərkimya” İstehsalat Birliyi gümüş, Heydər Əliyev adına Neft Emalı Zavodunun kollektivi isə bürünc medala layiq görülüb.Kişilərin mübarizəsində “BOS Şelf” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Heydər Əliyev adına Neft Emalı Zavodu və Təhlükəsizlik İdarəsinin kollektivləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib və mükafatçı komandalara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim edilib.












