“Neftçi” İdman Klubunun cüdoçusu Məhəmməd Musayev Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa birinciliyinin qızıl medalına sahib olub. Altmış altı kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə Serbiya təmsilçisi Marko Yorgiçə ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

