• Sentyabr 6, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün Çinin Şanxay şəhərində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsinin həlledici oyunlarına start verilib. Mövsümün final mərhələsində ölkəmizi təmsil edən “Neftçi SOCAR” komandası 1/4 finalda Monqolustanın “Ulan-Bator Amazons” kollektivi ilə üz-üzə gəlib. Rəqibini 21:18 hesabı ilə məğlub edən komandamız yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, “Neftçi SOCAR” ötən gün A qrupunda Fransa seçməsinə 17:15, Almaniyaya 16:11 hesabı ilə qalib gəlib, Niderlanda isə məğlub olub – 12:22.