“Neftçi”nin baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunun təsnifat mərhələsində “Parnu” ilə oyundan (80:67) sonra fikirlərini bölüşüb: “Qələbə qazanmağımıza baxmayaraq, oyunumuzu daha da təkmilləşdirmək üçün çox çalışmalıyıq. Xüsusilə hücumda daha yaxşı oynaya bilərdik. Hücumda olarkən ötürmələrimizi və kommunikasiyanı daha da təkmilləşdirməliyik. Biz Estoniyaya qələbə üçün gedəcəyik. Sərfəli məğlubiyyət üçün deyil, ancaq qələbə üçün”!
